Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtoyol.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində baş verib.
Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Axundova Lətifə Əlihüseyn qızı yolu keçmək istəyən zaman minik avtomobili vurub.
Digər hadisə isə rayonun Parça Xələc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Bağırova Simuzər Ağababa qızı yolda gedərkən “Mersedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər