Əsas səhifəXarici4 qat dünya çempionu bahalı avtomobil aldı
PAYLAŞ

4 qat dünya çempionu bahalı avtomobil aldı

Xarici 02 Sentyabr 2020 21:07 1381

"Formula 1" üzrə 4 qat dünya çempionu Sebastyan Fettel lüks bolid alıb. 

"Report" xəbər verir ki, almaniyalı sürücü bu barədə "Bild" nəşrinə açıqlamasında deyib.

O, "Williams" komandasının əfsanəvi pilotu Naycel Mensellin idarə etdiyi bolidə sahib olub. 

Mensell 1992-ci ildə həmin bolidlə çempion olub. "Williams" bu avtomobillərdən 6-nı bir araya gətirib və onlardan biri 2019-cu ildə hərracda 3 milyon ABŞ dollarına satılıb: "Bu, dəyərli boliddir və mənim kimi beşinci nömrəyə sahibdir", - Fettel bildirib. 

Qeyd edək ki, hazırda "Ferrari"də çıxış edən Sebastyan Fettel karyerası ilə bağlı qərarını verməyib. Onun müqaviləsi ilin sonunda başa çatacaq. Fettelin "Racing Point"lə müqavilə imzalayacağı iddia edilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020