Əsas səhifəÖlkəAsiya İnfrastruktur İnvestisiya Bankı metro inşasına vəsait ayırıb
PAYLAŞ

Asiya İnfrastruktur İnvestisiya Bankı metro inşasına vəsait ayırıb

Ölkə 03 Sentyabr 2020 06:39 1510

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Türkiyənin İzmir şəhərində metro xəttinin inşasına 50 milyon avro vəsait ayırıb.

Avtoyol.az AZƏRTAC-a istinadla xəbər verir ki, vəsait İzmir metrosunun genişləndirilməsinin 4-cü mərhələsi çərçivəsində 7,2 kilometr uzunluğunda Fəxrəddin Altay-Narlıdərə xəttinin inşasına sərf olunacaq. Şəhərin mərkəzi ilə qərb hissəsini birləşdirəcək bu xətt üzərində 7 stansiya yerləşəcək. AİİB krediti dövlət zəmanəti olmadan verib. Bu, bankın birbaşa şəhər hökuməti ilə imzaladığı ilk kredit razılaşmasıdır.

İzmir əhali sayına və ümumi daxili məhsulun həcminə görə Türkiyənin üçüncü ən böyük şəhəridir. Şəhər hökuməti artan tələbatı nəzərə alaraq metro nəqliyyatının genişləndirilməsini həyata keçirir. Bu məqsədlə daha əvvəl Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Qara Dəniz Ticarət və İnkişaf Bankından da kredit cəlb olunub. Fəxrəddin Altay-Narlıdərə xəttinin 2022-ci ilin 4-cü rübündə istifadəyə verilməsi planlaşdırılıb.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 92 layihəyə təxminən 20 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020