Əsas səhifəQəzaHacıqabulda ağır yol qəzası olub, ölən və xəsarət alan var
PAYLAŞ

Hacıqabulda ağır yol qəzası olub, ölən və xəsarət alan var

Qəza 03 Sentyabr 2020 06:52 1819

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Avtoyol.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 23 yaşlı sürücü, Bərdə rayon sakini Rzayev Çoşqun Malik oğlunun idarə etdiyi “Ford” markalı yük maşını "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı yük maşınında olan şərnişin, Bərdə rayon sakini, 1991-ci il təvəllüdü İbrahimov Qabil Akif oğlu elə hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif növ ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.



MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020