2020-ci ilin yanvar-iyun aylarında Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 155,6 milyon manatlıq məhsul istehsal edilib.
Avtoyol.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 53,8 faiz artıb.
Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 7,8 faiz , odsöndürənlərin istehsalı 70,7 faiz, fəvvarə armatur istehsalı 65,2 faiz, mancanaq dəzgahların istehsalı isə 50,3 faiz azalıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər