Əsas səhifəAvtomobil Yollarıİctimai nəqliyyatda gediş haqqı artırılacaq - Ekspert
PAYLAŞ

İctimai nəqliyyatda gediş haqqı artırılacaq - Ekspert

Avtomobil Yolları 03 Sentyabr 2020 12:00 1578

"İctimai nəqliyyatda bahalaşma gözlənilir”.

Avtoyol.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun fikrincə, Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsinin "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərini iki versiya ilə əsaslandırmaq olar:

"Birincisi, əgər xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir. İkincisi, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılması niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, həmçinin də metroda gediş haqları qaldırılacaq”.

Qubad İbadoğlu bildirib ki, ictimai nəqliyyatda gediş haqqının 50 qəpik olması gözlənilir.


MƏNBƏ: qaynarinfo.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020