Əsas səhifəNəqliyyatADY 2030-cu ilə qədər strategiyasına dair növbəti müzakirələr aparılıb
PAYLAŞ

ADY 2030-cu ilə qədər strategiyasına dair növbəti müzakirələr aparılıb

Nəqliyyat 03 Sentyabr 2020 17:18 1951

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə 21 may 2020-ci il tarixində dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir.

Avtoyol.az xəbər verir ki, Sentyabrın 2-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkədə və regionda baş verən son siyasi və iqtisadi yeniliklərdən söhbət açaraq onların ADY-nin fəaliyyətinə mümkün təsirlərini qeyd edib. Sədr dəmir yoluna cəlb olunan investisiyaların məqsədyönlü və səmərəli olması, əməliyyat xərclərinin optimallaşdırılması və xüsusilə tranzit dəhlizlərdə gəlirliliyin artırılmasının strateji önəmini vurğulayıb. Həmçinin, dünyanın bir çox ölkələrində olduğu kimi, dəmir yolunun sərnişindaşıma sahəsində sosial məsuliyyətinin uğurla davam etdirilməsinin və infrastruktur xidmətlərinin lazımi səviyyədə saxlanılması üçün bu sahələrə investisiya yatırılmasının vacibliyini qeyd edib.   

Daha sonra, McKinsey&Company şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “ADY” QSC-nin İdarə Heyətinə dünyanın ən uğurlu dəmir yollarının təcrübələrindən nümunələr təqdim olunub və ADY-nin strateji məqsədlərinin hansı istiqamətlərdə formalaşdırılmasına dair məsləhətlər verilib.


MƏNBƏ: ady.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020