Əsas səhifəÖlkəYAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"
PAYLAŞ

YAP rəsmisindən BNA-ya tərs şillə: "Qiymətləri bazar müəyyənləşdirməlidir"

Ölkə 04 Sentyabr 2020 09:31 1547

"Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir"

"Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır". 

Avtoyol.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib.

Deputat vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikir çox düzgün olaraq narazılığa səbəb olub:

"Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir".

Aydın Mirzəzadə eyni zamanda qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac var.



MƏNBƏ: sputnik.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020