Velosiped tramvayı yerli sakinlərin istifadəsinə verilib.
Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən layihədə, 1992-ci və 2015-ci illər arasında ictimai nəqliyyatda istifadə edilən tramvay, indi velosipedli sərnişinlərə xidmət göstərəcək.
Tramvayı velosiped tramvayına çevirmək üçün göyərtəsində bir sıra düzəlişlər aparılıb. Burada iki nəfərlik oturacaqlar sökülərək, bir nəfərlik oturacaqlarla əvəzlənib, bəziləri isə götürülüb və yerlərinə velosipedi sabit saxlayan 21 ədəd xüsusi aparat quraşdırılıb. Bundan əlavə, velosipedlərin tramvaya rahat şəkilədə mindirilib-düşürülməsi üçün, açılıb-bağlanan hidrovlik ayaqaltılar velosipedçilərin ixtiyarına verilib.
Bələdiyyə başçısı Uğur İbrahim Altay 2023-cü ilə qədər velosiped yoluna daha 84 kilometr əlavə edilərək inşa ediləcəyini bildirib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər