Əsas səhifəÖlkəSürücülər 10 manat cərimələnəcək — XƏBƏRDARLIQ
PAYLAŞ

Sürücülər 10 manat cərimələnəcək — XƏBƏRDARLIQ

Ölkə 04 Sentyabr 2020 10:33 1505

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Avtoyol.az qazet.az-a istinadən xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir.

Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020