Sərnişin avtobusu qəzaya uğrayıb.
Avtoyol.az APA-ya istinadla xəbər verir ki, sərnişin avtobusu İranın Kərəc-Qəzvin magistral yolunda yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
İran Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, hadisə yerinə 6 təcili tibbi yardım avtomobili, 1 təcili tibbi yardım avtobusu və vertolyot cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər