Mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.
Avtoyol.az xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətində Balya rayonunda qeydə alınıb.
Məlumata görə, Durmuş Kırnarın idarə etdiyi 10 VR 121 qeydiyyat nömrə nişanlı mikroavtobus, idarəetmədən çıxaraq 50 metr hündürlükdən uçuram yuvarlanıb.
Qəza nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər