Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı doqquzmərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.
İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər