Reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Avtoyol.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Sudanın şimalında yerləşən Kurdufan əyalətində Əl-Ubeyd şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, avtobusun aşması nəticəsində azı 11 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Yaralılar, ambulanslarla şəhər xəstəxanalarına yerləşdiriliblər. Onlardan bəzilərinin səhhətlərinin ağır olduğu bildirilib. Həkimlər ölü sayının artacağını istisna etməyib.
Müvafiq qurumlar qəzanın baş vermə səbəblərini araşdırır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər