Əsas səhifəQəza“Hyundai” yük maşınının altına girdi; hər iki avtomobil yanıb kül oldu
PAYLAŞ

“Hyundai” yük maşınının altına girdi; hər iki avtomobil yanıb kül oldu

Qəza 05 Sentyabr 2020 00:34 1788

Yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtoyol.az xəbər verir ki, hadisə sentyabrın 4-də Rusiyanın Leninqrad əyalətində M11 “Neva” trasının Tosnensk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Hyundai Solaris” markalı minik avtomobili, eyni istiqamətdə irəliləyən, “Mercedes-Benz” markalı qoşqulu yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən “Hyundai” yük maşının qoşqusunun altına girib. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.

Hadisə nəticəsində minik avtomobilinin sahibi hadisə yerində ölüb, TIR-ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020