Əsas səhifəÖlkəKranın aşması nəticəsində ziyan çəkən avtomobillərin sığortasını kim ödəyəcək?
PAYLAŞ

Kranın aşması nəticəsində ziyan çəkən avtomobillərin sığortasını kim ödəyəcək?

Ölkə 05 Sentyabr 2020 00:44 1647

Bu gün Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Avtoyol.az xəbər verir ki, Fins.az  həmin avtomobillərə dəyən ziyanın sığorta hadisəsi kimi qiymətləndirilməsini araşdırıb. Sığorta eksperti İlkin İbrahimov bildirdi ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulub:

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür. Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Başqa sözlə, kranın məxsus olduğu şirkət mütləq bu sığorta növü ilə sığorta olunmalı idi. Çünki bu növ sığorta icbari sığortadır”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020