Əsas səhifəÖlkəƏliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub
PAYLAŞ

Əliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub

Ölkə 05 Sentyabr 2020 10:24 1693

Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonunun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub. Küçənin uzunluğu 2500 metr təşkil edir.

Avtoyol.az AAYDA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, küçə paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edir, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyət kəsb edır.  

Aparılan yenidənqurma işləri zamanı küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, xüsusi parkinq yerləri yaradılıb.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Daha sonra küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənib, küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Kəsişmə və yol ayrıcılarında təhlükəsizlik adacıqları vasitəsi ilə Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında aparılıb.  

Vətəndaşların mənzil başına vaxt etirmədən, rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-cu ildə Nərimanov rayonu ərazisində 11 min metr uzunluğunda olan küçə və yol təmir edilib. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, rayon ərazisində təmirə ehtiyacı olan 9150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020