Əsas səhifəÖlkəBNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib?
PAYLAŞ

BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib?

Ölkə 05 Sentyabr 2020 10:43 1360

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hiikmət Babayevə, quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib. 

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil. 

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - deyə o, qeyd edib. 

H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020