Şabran rayonun Ağalıq kəndində qəza törədən avtomobillər yol kənarındakı kafenin hasarını aşırıb, obyektin ərazisinə girib.
Avtoyol.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Məlumata görə hadisə Xaçmaz-Bakı yolunun Şabran rayonunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisədə “QAZel” və “Mercedes” markalı avtomobillər toqquşub və zərbədən yol kənarındakı kafenin hasarını zədələyərək onun ərazisinə daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər