Sərnişin qatarının yük maşınına çırpılma anının görünütləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtoyol.az xəbər verir ki, hadisə Hollandiyanın Limburq əyalətində Rurmond şəhərində qeydə alınıb.
Kadrlarda, yük maşınının dəmir yol keçidində relslərin üzərində qaldığı və sürücünün uzaqdan gələn sərnişin qatarını görərək maşinistə əli ilə xəbərdarlıq işarələri etdiyi görülür.
Lakin maşinist əyləcə sıxsa da, qatar sürətlə hərəkət etdiyindən saxlamaq mümkün olmayıb və sürüşərək yük maşınına çırpılıb.
Zərbənin təsirindən TIR iki hissəyə bölünüb.
Yerli KİV-in məlumatına görə, qəza nəticəsində qatarın iki sərnişini xəsarətlər alıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər