Bir sıra ekspertlər yaxın vaxtlarda dünyada yeni iqtisadi böhranın baş verəcəyini proqnozlaşdırırlar. Bu barədə "Bloomberg" məlumat yayıb.
Mütəxəssislərin fikrincə, dünya ölkələrinə pandemiyada dəstəkləyici tədbirlərin tətbiqi nəticəsində əldə olunmuş mövqeləri qorumaq çətin olacaq.
Xüsusi halda, dövlətlər bu tədbirlərdən imtina etməyə qərar verəndə iqtisadiyyatın saxlanılması üçün əlavə maliyyə dəstəyi lazım ola bilər.
Bundan başqa, qeyd edilir ki, COVID-19 xəstəliyinin ikinci dalğası riski hələ qalır, çünki kütləvi vaksinləmə vaxt tələb edəcək. Bu da öz növbəsində müəyyən problemlər yaradacaq.
ABŞ və Çinin gərgin münasibətləri də həmçinin dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Ekspertlər hesab edir ki, münasibətlər ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl daha da pisləşə bilər.
Mütəxəssislərin proqnozuna görə, hazırda müşahidə olunan iqtisadi artımı ciddi tənəzzül davam etdirə bilər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər