Əsas səhifəQəzaSumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib, yeddi nəfər xəsarət alıb
PAYLAŞ

Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib, yeddi nəfər xəsarət alıb

Qəza 07 Sentyabr 2020 08:27 1994

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Sahil küçəsində qeydə alınıb. APA-nın məlumatına görə, “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yeddi nəfər - 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020