+994507882020
info@avtoyol.az
Əsas səhifəAvtomobil YollarıBölgələrdə sərnişin daşıyan avtobuslarda daha sıx qrafik tətbiq ediləcək
PAYLAŞ

Bölgələrdə sərnişin daşıyan avtobuslarda daha sıx qrafik tətbiq ediləcək

Avtomobil Yolları 07 Sentyabr 2020 16:12 173

Bu ilin mart ayından etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma ilə bağlı tətbiq edilən məhdudiyyət öz qüvvəsində qalır. Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib.

Avtoyol.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya  Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. 

Bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib. Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az