Əsas səhifəÖlkəŞirvanda yol qəzası: ölən və yaralananlar var
PAYLAŞ

Şirvanda yol qəzası: ölən və yaralananlar var

Ölkə 07 Sentyabr 2020 17:06 1498

Şirvan şəhərində 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtoyol.az “Report”a istinadla xəbər verir ki,  hadisə bu gün günorta saatlarında şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Belə ki, sürətlə hərəkətdə olan “Saipa” markalı avtomobil idarəetmədən çıxaraq iki “Jiquli” markalı avtomobilə çarpılıb. Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1968-ci il təvəllüdlü Ələkbərov Eldar Mirabhüseyn oğlu, 1980-ci il təvəllüdlü Soltanov Ələsgər Sədrəddin oğlu və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020