Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri - Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətlərin görüntülərini müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.
Saxlanılan şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər