Əsas səhifəÖlkəŞəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanıldı
PAYLAŞ

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanıldı

Ölkə 07 Sentyabr 2020 17:25 1201

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( RPŞ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə, rayon sakinləri - Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu  hərəkətlərin görüntülərini müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Saxlanılan şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020