Əsas səhifəXariciHəftəsonu küçəyə çıxma qadağası bərpa oluna bilər
PAYLAŞ

Həftəsonu küçəyə çıxma qadağası bərpa oluna bilər

Xarici 07 Sentyabr 2020 21:00 2000

Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində küçəyə çıxma qadağası yenidən qüvvəyə minə bilər. Yoluxma sayının artmasından sonra başda paytaxt Ankara olmaqla, bir çox bölgədə həftəsonu küçəyə çıxma qadağası, park və küçələrə nəzarətin artırılması kimi planlar hazırlanır.

7 bölgədə müşahidə edilən yoluxma artımı səbəbilə Səhiyyə Nazirliyi və Koronavirusla Mübarizə Qərargahı keçirilən toplantılarda park və gəzinti sahələrinə girişin qadağası, ticarət mərkəzlərinə girişə nəzarət, restoranların sadəcə açıq havada fəaliyyətinə icazə kimi tədbirləri gündəmdə saxlayır.

Qeyd edək ki, Türkiyədə son dövrlərdə koronavirusa yoluxmanın sürətlə artmasının səbəbləri kimi kütləvi toplaşmaların həyata keçirilməsi göstərilir. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020