Əsas səhifəMaraqlıRetro maşınları Balaxanı küçələrində: qəsəbə bir anlığa retro filmdən bir kadra çevrilib
PAYLAŞ

Retro maşınları Balaxanı küçələrində: qəsəbə bir anlığa retro filmdən bir kadra çevrilib

Maraqlı 07 Sentyabr 2020 22:08 1774


Yenicə bərpa edilmiş Balaxanı qəsəbəsi ötən gün açıq səma altında retro maşın sərgisinə çevrilib. Müxtəlif əlvan rənglərə boyanmış avtomobillər qədim qəsəbəni əsl bayram ab-havasına qərq edib.

Adətən bu cür sərgi və yürüşləri biz şəhərin mərkəzində görməyə vərdiş etmişik. Azərbaycan Retro Avtomobil Klubunun banisi Roman Rodin isə klub üzvlərinin bu dəfə yürüşü Balaxanıda təşkil etməyə qərar verdiklərini açıqlayıb.

“Özümüzün bərpa etdiyimiz maşınlarla bu yaxınlarda yenilənən Balaxanı qəsəbəsinə gəlməyə və sovet vaxtından mükəmməl vəziyyətdə saxlanılan maşınları sakinlərə göstərməyə qərar verdik”, - deyə Rodin bizimlə bölüşüb.

Beləliklə, onlar qəsəbəni bir anlığa əfsanəvi “dəmir atlar”ın açıq səma altında sərgisinə çevirməyə müvəffəq olublar.

https://youtu.be/ilbORpJVBkY

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020