Əsas səhifəQəzaŞirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi
PAYLAŞ

Şirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi

Qəza 08 Sentyabr 2020 09:06 1643

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtoyol.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı 24 yaşlı Murad Şərifov idarə etdiyi minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sürcü - Şirvan sakini, 40 yaşlı Ələsgər Soltanov və piyada Şirvan sakini, 52 yaşlı Eldar Ələkbərov ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Piyada aldığı ağır xəsarətlərdən orda vəfat edib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020