Əsas səhifəÖlkəYeni Suraxanı qəsəbəsində növbəti küçə asfaltlanır - Fotolar
PAYLAŞ

Yeni Suraxanı qəsəbəsində növbəti küçə asfaltlanır - Fotolar

Ölkə 08 Sentyabr 2020 17:19 1589

Suraxanı rayonunda nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Prezident İlham Əliyevin 09 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq ayrılmış 7,8 milyon manat vəsait hesabına Agentliyin podratçı təşkilatları tərəfindən sözügedən qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb və bu işlər hazırda da davam etdirilir. 

Bu günədək qəsəbənin 14 iyul küçəsinin Dəmir yol keçidindən sonrakı ərazidə, Aşağı qəsəbə, Yuxarı mədən, Mirqəzəb Tağıyev, Telman Nərimanov, Göl və Köndələn küçələrində ümumilikdə 205 000 kv.m-dən artıq avtomobil yolu əsaslı təmir olunub. Hazırda 14 İyul küçəsinin uzunluğu 1 090,0 metr olan 4-cü döngəsində 6 540 kv.m asfalt örtüyünün salınması işləri həyata keçirilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020