Turist avtobusu yanıb.
Avtoyol.az xəbər verir ki, hadisə sentyabrın 7-də axşam saatlarında Bolqarıstanda “Trakiya” avtomagistralının Vakarelya rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə ölkənin milli telekanalı məlumat yayıb.
Məlumata görə, Türkiyə şirkətinə məxsus, Sofiya-İstanbul reysini həyata keçirən turist avtobusu, hərəkətdə olarkən naməlum səbəblərdən yanmağa başlayıb. Sürücü dərhal nəqliyyat vasitəsini yol kənarına çəkib və içərisində olan Türkiyə əsilli sərnişinləri düşürüb.
Bildirilir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmasa da, sərnişinlərə məxsus yüklər və avtobus tamamilə yanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
https://www.facebook.com/1456084534/videos/10221685082023760/?extid=G8jSSXCPQISPXPRGAvtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər