Əsas səhifəQəzaTuristlərin olduğu avtobus yanıb külə döndü-Video
PAYLAŞ

Turistlərin olduğu avtobus yanıb külə döndü-Video

Qəza 08 Sentyabr 2020 20:35 1274

Turist avtobusu yanıb.

Avtoyol.az xəbər verir ki, hadisə sentyabrın 7-də axşam saatlarında Bolqarıstanda “Trakiya” avtomagistralının Vakarelya rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə ölkənin milli telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyə şirkətinə məxsus, Sofiya-İstanbul reysini həyata keçirən turist avtobusu, hərəkətdə olarkən naməlum səbəblərdən yanmağa başlayıb. Sürücü dərhal nəqliyyat vasitəsini  yol kənarına çəkib və içərisində olan Türkiyə əsilli sərnişinləri düşürüb.

Bildirilir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmasa da, sərnişinlərə məxsus yüklər və avtobus tamamilə yanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

https://www.facebook.com/1456084534/videos/10221685082023760/?extid=G8jSSXCPQISPXPRG


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020