Bu il dekabrın 1-dən Estoniyada sürət həddini aşan sürücülər, qayda pozuntusuna görə ya cərimə ödəyəcəklər, ya da ki, avtomobilləri ilə birgə 45 dəqiqə yol kənarında gözləyəcəklər.
Avtosfer.az xəbər verir ki, “sakitləşdirici dayanacaq” sürət həddini 20 km/saat və yuxarı aşan sürücülərə tətbiq ediləcək. Bu qayda pozuntusuna görə, yol kənarında 45 dəqiqə gözləmək istəməyən sürücülər 60 avro ödəməli olacaqlar (hər kilometrə saata 3 avro).
Hökumət qanunu qüvvəyə mindirmədən öncə, ötən ilin payızında sözügedən yeniliyi sınaqdan keçirib və nəticənin effektiv olduğu qənaətinə gəlib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər