Əsas səhifəÖlkəDeputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
PAYLAŞ

Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər

Ölkə 09 Sentyabr 2020 14:40 1330

"TƏBİB yaranana qədər hər il 600-ə qədər insan pulsuz belə əməliyyatla təmin edilirdi. TƏBİB yaranandan sonra bil əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.

Avtoyol.az modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Arzu Nağıyev bildirib.

A.Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib: "Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addımın atılması yaxşı olar”.

Komitə sədri Musa Quliyev isə Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib.

"Bir çox problem icbari sığorta sistemi çərçivəsində həll olunacaqdı. Bura ürək əməliyyatlarının pulsuz həyata keçirilməsi və bu gün burada qaldırılan digər məsələlər daxildir”.

Bunu isə millət vəkili Soltan Məmmədov bildirib.

S.Məmmədov deyib ki, icbari sığorta ilə bağlı pilot layihələr həyata keçirilirdi, icbari tibbi sığortanın mərhələli tətbiqi nəzərdə tutulmuşdu: "Sadəcə, pandemiya dövrü bir sıra problemlərin yaranmasına səbəb olub:

"Bununla bağlı dinləmələr də təşkil edilə bilər. İcbari Tibbi Sığorta Agentliyi uğurla fəaliyyət göstərir, TƏBİB də bu qurumun tərkibinə daxildir”. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020