Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.
Avtoyol.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb.
Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər