Əsas səhifəXarici"Moody’s" qlobal avtomobil sənayesi üzrə proqnozunu yaxşılaşdırıb
PAYLAŞ

"Moody’s" qlobal avtomobil sənayesi üzrə proqnozunu yaxşılaşdırıb

Xarici 10 Sentyabr 2020 10:40 1695

"Moody’s" beynəlxalq reytinq agentliyi satışların gözlənilən bərpası fonunda qlobal avtomobil sənayesi üzrə proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.

Avtoyol.az "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, satışların növbəti 12-18 ay ərzində sürətlə artacağı gözlənilir.

"Moody’s"in baş vitse-prezidenti Bryus Klark bildirib ki, qlobal avtomobil sənayesi üzrə sabit proqnoz 2021-ci ilədək daha sürətlə, lakin ümumilikdə, 2023-cü ilə qədər yavaş templə davam edəcək artımı əks etdirir. B. Klark əlavə edib ki, avtomobil tədarükü onilliyin ortalarınadək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq.

Qeyd edək ki, "Moody’s"in analitikləri qlobal minik avtomobili tədarükünün bu il 19 mln. azalaraq təxminən 73 mln. enəcəyini, 2021-ci ildə isə artaraq 80 mln. çatacağını gözləyirlər.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020