Əsas səhifəÖlkəSaxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaq
PAYLAŞ

Saxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Ölkə 10 Sentyabr 2020 16:49 2101

Azərbaycanda saxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, saxta məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektlərindən istehlak məqsədi ilə əldə etmək istisna olmaqla, saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və satmaya görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunacaq.

Eyni zamanda, məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlamadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə və qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Pərakəndə satış istisna olmaqla, məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020