Əsas səhifəÖlkəHər gün 2 milyondan çox sərnişin avtobusdan istifadə edir
PAYLAŞ

Hər gün 2 milyondan çox sərnişin avtobusdan istifadə edir

Ölkə 10 Sentyabr 2020 18:22 1879

Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb. Avqust ayının sonlarından başlayaraq gündəlik sərnişin səfər sayında hər həftə 100.000 artım qeydə alınmaqdadır. Hazırda müntəzəm və ekspres xətt avtobusları ilə icra olunan gündəlik sərnişin səfər sayı 2.000.000-dan çoxdur. Bakı Metropolitenin fəaliyyət göstərmədiyi indiki vaxtda avtobusların sərbəst və rahat hərəkəti xüsusilə əhəmiyyət kəsb edir. 

Avtoyol.az "Qafqazinfo"a istinadla xəbər verir ki, hazırda gündəlik olaraq xəttə 2260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni “BakuBus” MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub. 

Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası  intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir. 

Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmasıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Z.Bünyadov prospektində gün ərzində bir neçə belə hal müşahidə olunur.  

Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır.


MƏNBƏ: qafqazinfo.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020