Biləsuvarda bir neçə gün öncə avtomobillə vurulan piyada vəfat edib.
Xəbər verdiyimiz kimi 4 gün əvvəl rayonun Amankənd kənd sakini Rauf Əliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub. Gənc qadın müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə edildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər