Əsas səhifəMaraqlıMaşını almaq istədiyini deyib qaçırtdı
PAYLAŞ

Maşını almaq istədiyini deyib qaçırtdı

Maraqlı 12 Sentyabr 2020 09:47 1138

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində odlu silahla quldurluq edərək özgəsinə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini C. Süleymanov nazirliyin “102 – Zəng Mərkəzi”nə və Tərtər Rayon Polis Şöbəsinə  ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” və peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilərək götürülüb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020