Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Xalac kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Həsrət Allahverdi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər