Əsas səhifəXariciDünyada ən çox satılan 10 krossover – AÇIQLANDI - SİYAHI
PAYLAŞ

Dünyada ən çox satılan 10 krossover – AÇIQLANDI - SİYAHI

Xarici 12 Sentyabr 2020 22:47 2053

2020-ci ilin ilk yarısında dünyada SUV seqmentinə daxil olan ən çox satılan avtomobillər açıqlanıb. 

Avtoyol.az FED.az-a istinadla xəbər verir ki, 2020-ci ilin ilk yarısında ən çox satılan SUV avtomobili əvvəlki kimi Toyota RAV4-dür. İlk 6 ayda bu avtomobildən 426 015 ədəd satılıb. Bu bütün avtomobil bazarının 3,5%-dir və RAV-4 bu göstərici ilə rəqiblərindən xeyli qabaqdadır. 

Dünyadad ikinci ən çox satılan SUV avtomobili «Honda CR-V»-dir. İlk yarım ildə  284 145 avtomobil satılıb ki, bu da bazarın 2,3%-i deməkdir. Növbəti yeri 250 043 ədəd avtomobil və bazarın 2%-lik payı ilə «Volkswagen Tiguan» tutur. Maraqlıdır ki, 2007-ci ildən buraxılmağa başlayan «Tiguan» qlobal bazarda yalnız 2016-cı ildə satılmağa başlayıb. 

Ən çox satılan SUV avtomobillərinin siyahısında dördüncü yeri «Hyundai Tucson» (190 999 avtomobil), beşhinci yeri «KIA Sportage» (173 654), altınca yeri «Mercedes GLC» (162 638) modelləri tutur. 

«Mazda CX-5» bu siyahıda 160 023 avtomobillə  yeddinci, «Nissan Qashqai» (158 649) səkkizinci, «Chevrolet Equinox» (150 006) doqquzuncu yeri tutur. İlk 10lduq siyahısını «Toyota Highlander» tutur, ilk yaroım ildə bu avtomobildən 130 973 ədəd satılıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020