Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun Təhlə kəndindən keçən hissəsində baş verib.
İki minik maşının toqquşması zamanı Aftandil Teymurov və oğlu Amil Teymur müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyəti kafi qiymətləndirlir.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər