Əsas səhifəÖlkəTaksi xidməti elektromobillərdən istifadəyə keçəcək
PAYLAŞ

Taksi xidməti elektromobillərdən istifadəyə keçəcək

Ölkə 15 Sentyabr 2020 09:24 1311

Uber beynəlxalq taksi aqreqatoru İspaniyadakı sürücülərini 2025-ci ilədək elektromobillərə keçirməyi planlaşdırır.

Kompaniya bu məqsədlə “Renault” və “Nissan” şirkətləri, həmçinin “General Motors” korporasiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Uber mayın 2-dən etibarən ilk dəfə olaraq Avropada, o cümlədən Hollandiya, Fransa, Böyük Britaniya, Belçika, İspaniya və Portuqaliyada fəaliyyət göstərəcək.

Layihədə “Renault” və “Nissan” elektromobilləri iştirak edəcək. Bu elektromobillərə keçmək istəyən sürücülər maliyyə cəhətdən stimullaşdırılacaq.

ABŞ-da Uber taksi sürücülərinə “Chevrolet Bolt” elektromobillərini təklif edəcək. Həmin elektromobillərin şarj cihazlarına da güzəşt olunacaq. Bundan əvvəl belə güzəşt yalnız “General Motors” şirkətinin əməkdaşları üçün nəzərdə tutulurdu. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020