Tərtər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Ağdam-Bərdə yolunun "Dörd yol qəsəbəsi" adlanan hissəsində qeydə alınıb.
Bərdə rayonunun Xanərəb kənd sakini, 27 yaşlı Süleymanov Asif Şəmi oğlu atla hərəkətdə olduğu zaman yük maşını onu vuraraq qaçıb. Yaralını yaxınları Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, A.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər