Əsas səhifəÖlkəBakıda yoluxma ən çox bu rayondadır
PAYLAŞ

Bakıda yoluxma ən çox bu rayondadır

Ölkə 16 Sentyabr 2020 09:26 1457

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Avtoyol.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,2 faizi Xətai, 11,8 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,6 faizi Qaradağ, 7,1 faizi Nizami, 5 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,1 faizi paytaxtda qeydə alınıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020