Əsas səhifəÖlkəAzərbaycan avtomobil istehsalını - 22% Azaldıb
PAYLAŞ

Azərbaycan avtomobil istehsalını - 22% Azaldıb

Ölkə 16 Sentyabr 2020 09:56 1415

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 212,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

 Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4%, sair nəqliyyat vasitələrinin istehsalı 63% artıb, maşın və avadanlıqların istehsalı isə 50,4% artıb.

Yanvar-avqust aylarında Azərbaycanda 1 170 ədəd minik avtomobili istehsal olunub. Bu da illik müqayisәdә 326 әdәd və ya 21,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 119 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 165 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 79,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020