Əsas səhifəXariciŞ.Lekler: Zəif yönləri tapmalıyıq
PAYLAŞ

Ş.Lekler: Zəif yönləri tapmalıyıq

Xarici 16 Sentyabr 2020 11:32 1006
Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, nəyi səhv etdiklərini anlamağa çalışacaqlar.

Avtoyol.az F-1.az-a istinadla xəbər verir ki, monakolu sürücü yarışa 5-ci yerdən başlayıb, startda 3-cü yerə yüksəlsə də, yarışın gedişində rəqiblərinin hücumlarına tab gətirə bilməyib və sonda 8-ci olub.

Şarl Lekler: “Yarışda problemimiz yox idi. Yavaş olduğumuz üçün çox şey edə bilmədik. Yaxşı start aldım və üçüncü yerə yüksəldim. Önümdə fərqi açıb gedən iki Mercedes var idi. Önüm açıq olsa da, çətinlik çəkirdim.

Zehni cəhətdən çətin yarış idi, çünki əlimdən gələni etdim. Ancaq yarış tempi və balans pis idi. Bolidlə mübarizə apardım və qəribə vəziyyət idi. Sıralanma turunda balans daha yaxşı idi. Hard təkərlərlə sürmək lap çətin idi.

Növbədə Rusiya yarışı var və oranı səbirsizliklə gözləyirəm. Bu maşında nəyin düzgün olmadığını anlamalıyıq. Vəziyyət pisdir”



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020