Əsas səhifəÖlkəBakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi
PAYLAŞ

Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi

Ölkə 16 Sentyabr 2020 17:44 1169

72 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan Bakı Metropoliteninin stansiyalarında hələ ki, ciddi sıxlıq yaranmayıb.

Bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyalara nəzarət gücləndirilib:

"Sentyabrın 14-də fəaliyyətə başlayandan 1 gün sonra ölkədə yeni tədris ili də başladı. Bu isə metroda sərnişin sayının artması deməkdir. Amma bir məsələ var ki, bu il tədrisə davamiyyət də ötən ilkilərdən fərqli qrafikdədir. Ona görə də stansiyalarda gözlənilən sıxlıq yoxdur. Hələ ki, stansiyalarda pik saatlarda da vəziyyət nəzarət olunan səviyyədədir. Stansiyalarda sərnişinlərin qaydalara əməl edib-etməməsinə nəzarət edən xüsusi işçilər var. Bu işçilər sərnişinlər arasında maarifləndirmə aparır, onları qaydalara əməl etməyə çağırır. Stansiya platformalarında sərnişinlərin tibbi maskadan istifadəsinə ciddi nəzarət olunur, sosial məsafənin qorunması tövsiyə edilir. Həmçinin, sərnişinlərə başa salınır ki, əgər qaydalara əməl olunmasa, ölkədə virusa yoluxma səviyyəsi artacaq və bu da metronun yenidən fəaliyyətini dayandırması ilə nəticələnəcək".

B.Məmmədov əlavə edib ki, hazırda metrostansiyalarda qrafikə uyğun olaraq mütəmadi dezinfeksiya işləri davam etdirilir. Metroda Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tövsiyələrə ciddi əməl edilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020