Əsas səhifəİqtisadiAzərbaycan iqtisadiyyatında geriləmə tempi 3%-ə çatıb
PAYLAŞ

Azərbaycan iqtisadiyyatında geriləmə tempi 3%-ə çatıb

İqtisadi 17 Sentyabr 2020 10:39 1390

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 45 962,5 milyon manatlıq və yaxud ötən  ilin eyni dövrü ilə müqayisədə 3% az ümumi daxili məhsul (ÜEDM) istehsal olunub.

Avtoyol.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,7%, neft-qaz sektorunda isə 4,9% azalıb.

ÜDM istehsalının 35,2%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,1%-i tikinti, 2%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 611,7 manata bərabər olub.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020